Accessibility links

Misir və Liviya islamçı militantların mövqelərinə birgə zərbələr endirib


Misir və Liviyanın hərbi təyyarələri keçən həftə 29 Misir xristianını qətlə yetirən islamçı yaraqlıılara hava zərbələri endirməyə davam edib.

Şahidlərın dediyinə görə, hava hücumları Misirin bildirdiyi kimi, islamçı yaraqlıların düşərgələrinin yerləşdiyi Liviyanın Derna şəhərini hədəf alıb.

Misir ordusunun rəsmiləri bügünkü hücumlar barədə məlumatı təsdiq etməsə də, Liviya sözçüsü Əl-Qaidə ilə əlaqəsi olan iki qrupun hədəf alındığını bildirib.

Derna, Liviya
Derna, Liviya

Misirin Hərbi Hava Qüvvələri düşərgələrə hücumlara keçən həftənin cümə günü, yaraqlıların Misirin Minya şəhərində 24 xristianı qətlə yetirməsindən bir neçə saat sonra başlayıb. Hücum zamanı 24 xristian yaralanıb.

Liviyanın şərq bölgəsini idarə edən hökumət Misirin müttəfiqi olaraq hava hücumlarında iştirak edir.

Bazar ertəsi Qahirədə olan Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva terrorrizmə qarşı hər-hansı təşəbbüsü dəstəkləyəcək.

XS
SM
MD
LG