Accessibility links

Misir Liviyada militantların bazasına hücum edib


Misir cümə günü onlarla qibti xristianın ölümünə səbəb olan pulemyot hücumuna cavab olaraq, hücumu həyata keçirən islamçı militantların Liviyada təlim keçdiyi “terror bazalarına” hava hücumu edib.

Prezident Əbdel Fəttah Əl Sissi silahlı şəxslər qibti xristianları monastıra daşıyan avtobusa hücum edəndən bir neçə saat sonra televiziya çıxışında cavab tədbiri görəcəyini elan etmişdi. Misir rəsmiləri hücum nəticəsində azı 28 nəfərin öldüyünü deyib.

Ordu rəsmiləri bildirib ki, avtobusa hücumda iştirak edən şəxslərin hədəf alınan düşərgələrlə yaxın əlaqələri olub. Hücumu həyata keçirənlərin İslam Dövləti qrupunun tərəfdarları olduğu güman edilir.

Məsuliyyəti üzərinə heç kəs almayıb

“Onlar avtomat silahlardan istifadə edib” deyə ştatın qubernatoru Essam əl-Bədavi bildirib. Misir televiziyasında avtobusun görüntüləri göstərilib.

Hücuma görə məsuliyyəti üzərinə alan olmasa da, bunu dekabr ayından bəri qibitlərə qarşı dörd hücum həyata keçirən İslam Dövləti qrupunun Misirdəki tərəfaşınının etdiyi güman edilir. Qibitlərə qarşı ən dəhşətli hücum aprel ayının 10-da baş verib. O zaman iki kilsədə partlayan bomba nəticəsinə 44 nəfər ölmüş, 100-dən çox insan yaralanmışdı.

Misirin qibti əhalisi Yaxın Şərqin ən böyük xrsitan icmasıdır. Onlar uzun zamandır İslamçı ekstremistlərin hədəfindədir, bundan əlavə isə müəslamnalrın əksəriyyət təkil etdiyi ölkədə diskriminasiya ilə üzləşirlər.

Tramp hücumu qınayıb

Dünya liderləri cümə günü baş verən hücumu qınayıb.

“Misirdə xristianların amansız qırğını bizi kədərləndirib”, deyə Vaşinqtonda Ağ Evin yaydığı prezident Trampa aid bəyanatda bildirir.

Birləşmiş Millətlər Təşkilatı hücumu qınayır

Birləşmiş Millətlər Təşkilatı hücumu şiddətli şəkildə qınayaraq, “alçaq və qorxaq terro hücumu” adlandırıb.

Təhlükəsizlik Şurasının üzvləri deyib ki, “terroun bütün formaları beynəlxaq sülh və təhlükəsizliyə ciddi hədə törədir”.

Şura dövlət orqanlarını hücumun təşkil edən, həyata keçirən, maliyyələşdirən hər kəsin məsuliyyəti cəlb etməyı çağırıb.

“Məqsədindən asılı olmayaraq, hər bir terror aktı cinayətdir və bağışlanmazdır”, deyə Təhlükəsizlik Şurasınn bəyanatında bildirilib.

Papa Fransiz “Misirin məkəzində baş verən barbar hücuma və bu nifrət aktı nəticəsində ölən və yaralananlara görə kədərləndiyini bildirib.

Misirin qibti xristian əhalisi papanın başçılıq etdiyi xristian icmasına daxildir. Papa ötən həftə Misirə səfər etmişdi. O, dekabr ayından bəri qibti xristianlarına qarşı edilən hücumlar səbəbilə yaranmış təhlükəsizlik narahtlıqlarına baxmayaraq, səfərini təxirə salmağı rədd etmişdi. Bunun əvəzinə o, Allah adı ilə həyata keçirilən zorakılıqları pisləmək məqsədilə bomba hücumuna məruz qalmış kilsəni ziyarət etmişdi.

XS
SM
MD
LG