Accessibility links

Misirin sabiq prezidenti Məhəmməd Morsinin növbəti məhkəməsi keçirilib


Hakimiyyət devrilmiş Misir prezidenti Məhəmməd Morsi Qahirədə keçirilən məhkəmədə 2011-ci ildə həbsxanadan qaçma ittihamına qarşı hakimə etirazını bildirib.

Yayımlanan videoda ağ geyimdə görsənən cənab Morsinin məhkəmə zalında hakimə qarşı yüksək səslə etiraz etdiyi göstərilir.

Sabiq prezident Müsəlman Qardaşları təşkilatının üzvləri, Fələstin yaraqlı qrupu Həmas və Livanın Hizbulllah qrupunun üzvləri də daxil olmaqla 130 digər şəxslə birlikdə məhkəmə qarşısına çıxarılıb.

Cənab Morsinin daha üç məhkəməsinin keçirilməsi gözlənilir.

O, 2012-ci ildə hökümət əleydarlarına qarşı zorakılıqlarda ittiham olunur. Cənab Morsinin məhkəməsi noyabr ayından iki dəfə təxirə salınıb. Cənab Morsinin üçüncü ittihamı hakimi təhqir etmək, dördüncü ittihamı isə Həmasla əlbir olmaq və casusluqdur.

Misir ordusu cənab Morsini keçən il iyul ayında hakimiyyətdən devrilib. Rəsmilər Müsəlman Qardaşları təşkilatını zəiflədərək, partiyanın liderlərini həbs edib və təşkilatı terrorçu qrup adlandırıb.

Rəsmilər bildirir ki, çərşənbə axşamı Qahirə şəhərində motosikletçi Daxili İşlər Nazirliyinin texniki idarəsinin rəhbəri, general mayor Məhəmməd əl-Saidi atəş açaraq öldürüb.
XS
SM
MD
LG