Accessibility links

Misir mühakimə ilə üzləşən amerikalı fəallarla bağlı mübahisənin həllinə çalışır


Misir mühakimə ilə üzləşən amerikalı fəallarla bağlı mübahisənin həllinə çalışır
Misir mühakimə ilə üzləşən amerikalı fəallarla bağlı mübahisənin həllinə çalışır

ABŞ senatoru Con Makkeyn bildirib ki, Misir o ölkədə mühakimə ilə üzləşən amerikalı fəalla bağlı mübahisənin həllinə çalışır. Senator bu vədin 5 amerikalı sentorun daxil olduğu nümayəndə heyətinə Misirin hərbi hökumətinin rəhbəri feld-marşal Hüseyn Təntavi tərəfindən verildiyini deyib.

Misirdə xarici fondlardan icazəsiz vəsait əldə edərək çalışdığna görə ittiham edilən 43 demokratiya tərəfdarı fəalın məhkəməsi bazar günü başlamalıdır. Onların 19-u ameirkalıdır. Fəallar arasında Amerikanın Nəqliyyat naziri Rey Lahudun oğlu Sem Lahud da var.

Amerika rəsmiləri və qanunvericiləri Misirin məhkəməni başlatdığı təqdirdə, Amerikadan aldığı 1.3 milyard dollarlıq yardımdan məhrum olacağı barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG