Accessibility links

Misirdə demokrat fəalların məhkəməsi başlanıb


Misirdə demokrat fəalların məhkəməsi başlanıb
Misirdə demokrat fəalların məhkəməsi başlanıb

Misir paytaxtında onlarla demokratiya fəalı, o cümlədən 16 amerikalının məhkəməsi başlanıb.

Ümumilikdə 43 adam xaricdən maliyyə vəsaitləri alaraq sivil cəmiyyət sferasından kənarda siyasi fəaliyyətlə məşğul olmaqda ittiham edilirlər.

Şahidlər azı 13 müttəhimin bü gün Qahirə məhkəməsinə gətirildiklərini bildirirlər. Amma onların arasında amerikalıların olub-olmadığı aydın deyil. İtiham olunan amerikalılardan bəziləri ölkəni tərk ediblər, yerdə qalanlar isə ABŞ-ın Qahirədəki səfirliyində sığınacaq tapıblar.

Bu məsələ ABŞ-la Misir arasındakı gərginlikləri xeyli artırıb. Belə ki, ABŞ Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyətə gəlmiş hərbi şura ilə əlaqələri yaxşılaşdırmağa can atır.

ABŞ rəsmiləri Obama administrasiyasının bu məsələni həll etmək üçün Misirlə intensiv danışıqlar apardığını bildirirlər.

XS
SM
MD
LG