Misirdə son 3 ildə ilk dəfə parlamentin iclası keçirilib. Bugünkü iclas parlament açılış sessiyası olub.
Parlamentin qarşısında növbəti 15 gündə prezident Abdel Fəttah Əl-Sissinin təqdim etdiyi yüzlərlə qanun layihəsini ratifikasiya etmək etmək vəzifəsi durur. Əgər qəbul olunmasa qanun layihəsi geri göndəriləcək.
Misirdə 2012-ci ildən bəri parlament mövcud olmayıb. O zaman məhkəmə demokratik yolla seçilmiş və Müsəlman Qardaşlarının əksəriyyət təşkil etdiyi parlamenti buraxmışdı. Həmin parlamentə seçkilər sabiq prezident Məhəmməd Mursinin zamanında seçilmişdi.
Misrin silahlı qüvvələrinin sabiq rəisi olan Sissi 2014-cü ildə hərbi çevriliş sayəsində hakimiyyətə gəlmişdi. Onun hakimiyyətə gəlməsi çoxsaylı həbslərlə və Müsəlman Qardaşlarının fəaliyyətinin qadağan olunması ilə müşayiət olunmuşdu.
Keçən il keçirilən parlament seçkilərində seçicilərin işitrakı aşağı olmuşdu. Parlamentə seçilənlərin çoxu isə Sissinin və onun dünyəvi təmayülünün tərəfdarları idi.