Accessibility links

Misir polisi nümayişçilərə xəbərdarlıq verib



Misirin polis rəsmiləri devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarlarını etiraz aksiyası keçirdikləri yerləri tərk etməyə çağırıb.

Dövlət televiziyası ilə Daxili İşlər Nazirliyininin nümayişçilərə müraciət edən sözçüsü Hani Əbdel Lətif oturaq nümayişlərin dağıdılacağı barədə xəbərdarlıq verib. O, cinayətə əl atmayan nümayişçilərin həbs edilmədən aksiya yerini tərk etmələrinə imkan yaradılacağına vəd verib.


Misirin Daxili İşlər Nazirliyi aksiyaların təşkilatçıları tərəfindən qətl, işgəncə və insan oğurluğu hallarına yol verildiyini bildirib. Ötən həftə etiraz keçirilən bölgələrin yaxınlığında işgəncələrə məruz qalmış 11 insanın cəsədi aşkar edilib.

Amnesty International təşkilatı da Mursinin tərəfdarlarının işgəncələr verdiyi insanların ifadələrini aldığını bəyan edib.

Oturaq aksiyaların böyüyü Qahirənin şərqində yerləşən Rəbaah Əl-Ədəviyə məscidi qarşısında, digəri, daha kiçiyi Qahirə universitetinin Qiza kompleksində təşkil edilib.

Müsəlman Qardaşları partiyasının üzvləri də daxil edilməklə, Mursinin tərəfdarları onun hakimiyyəti bərpa edilməyincə aksiyalara son qoymayacaqlarına and içib.

Prezidentin devrilməsindən bəri 280 adam öldürülüb.
XS
SM
MD
LG