Accessibility links

Qahirədə 12 yaraqlı öldürülüb


Misirin Daxili İşlər Nazirliyi bazar ertəsi günü Qahirədə keçirilən reyd zamanı 12 yaraqlının öldürüldüyünü bildirib.

Nazirliyin bəyanatında deyilir ki, Müsəlman Qardaşlığı qrupu ilə əlaqəsi olan Həsm yaraqlılarına məxsus partlayıcı qurğular, silahlar və hərbi sursat aşkar edilib. Reydlər iki müxtəlif məkanda keçirilib.

Əməliyyatlar Misirin Qiza piramidaları yaxınlığındakı avtobusu hədəf alan hücum nəticəsində 17 adamın yaralanmasından bir gün sonra həyata keçirilib. Onların əksəriyyəti Cənubi Afrikadan olmaqla, turistlərdir.

Reuters-in məlumatında ölənlərlə bağlı xəbər verilmədiyi deyilir. Hücumun məsuliyyətini üzərinə alan olmayıb. Nazirlik reydlərin partlayışla əlaqəsinə dair heç bir məlumat verməyib.

Partlayış Böyük Misir Muzeyi yaxınlığında baş versə də, muzeyə ziyan dəyməyib.

Dekabr ayında həmin bu yerdə avtobusa bomba yerləşdirilməsi ilə baş verən partlayışda 3 vyetnamlı və 1 misirli turist öldürülmüşdü.

XS
SM
MD
LG