Accessibility links

Misirdə prezident seçkisi davam edir


Misirlilər çərşənbə günü artıq üçüncü gündür davam edən prezident seçkisində səs verir. Səsvermənin qalibinin Əbdel Fəttah Əl-Sissi olacağı gözlənilir.

Belə ki, seçkidə yeganə digər namizəd Musa Mustafa Musa namizədləyini son dəqiqə irəli sürüb və Əl-Sissini dəstəkləyir.

Müxalifət liderləri və insan haqları qrupları seçkinin saxta olduğunu idda edir. Hökümət tərəfdarları isə müxalifətin seçkni boykot etmək çağırışlarının vətənənə xəyanətə bərabər olduğunu deyir.

Əl-Sissi 2013-cü ildə azad şəkildə seçilən İslamçı sələfi Məhəmməd Morsinin devrilməsindən sonra hakimiyyətə gəlib.

XS
SM
MD
LG