Accessibility links

ABŞ dövlət katibi Con Kerri İordaniyaya səfər edib


ABŞ dövlət katibi Con Kerri sabah İordaniyanın Əmman şəhərində Ərəb Liqasının rəsmiləri ilə Misirdə artan gərginlik və Suriyada getdikcə ağırlaşan vəziyyəti müzakirə edəcək.

Bu, Kerrinin dövlət katibi kimi regiona altıncı səfəridir.

Rəsmilər bildirir ki, danışıqlar əsasən Misir üzərində cəmləşəcək. Prezident Məhəmməd Mursinin hərbi çevriliş yolu ilə devrildikdən sonra ölkədə ölümlə nəticələnən toqquşmalar baş verib.

Dövlət katibi Kerri Fələstin prezidenti Mahmud Abbasla da görüşə bilər. Con Kerri İsrail və Fələstin sülh danışıqlarının bərpasını prioritet hesab edir.

Con Kerri İsrail və Fələstin arasında keçən ay keçirilən danışıqları irəliləyiş kimi qiymətləndirib.

Onun bu səfər zamanı İsrail rəsmiləri ilə görüşü planlaşdırılmır.
XS
SM
MD
LG