Accessibility links

Misir hökumətinin terrorizmə qarşı mübarizəsi ciddi risklər qarşısındadır (Təhlil)


Misirdə keçən il prezident Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra cihadçı Ənsar Beyt Əl-Məqdis qrupu ilə bağlı narahatlıqlar artıb. Lakin bəzi müşahidəçilərin fikrincə, cənab Mursinin mənsub olduğu Müsəlman Qardaşları təşkilatının Sinayda mənzillənən militantlarla eyniləşdirilməsi Misir hökumətini terrorizmin qarşısını almaq deyil, daha çox terrorizmə təhrik etmək riski qarşısında qoyur.

Misir hökuməti terrorizmə qarşı müharibə elan edib. Ölkədə terrorçular fəaliyyət göstərir.

Ənsar Beyt Əl Maqdis-Qüdsün müdafiəçiləri Sinay yarımadasında mənzillənən bir neçə cihadçı qrupdan biridir. Əl-Qaidədən ilham alan qrup İsrail ərazisini raket atəşinə tutur. Lakin qrupun əsas hədəfləri ölkə daxilindədir.

Qrupun Süveyş kanalında gəmilərə baş tutmamış hücumlar və Sinayda hərbi vertolyotun vurulması kimi insidentlər zamanı müasir silahlardan istifadə etməsi böyük narahatlığa səbəb olub.

Misirin daxilində dekabr ayında Mənsurədə polis məntəqəsində insan ölümülə nəticələnmiş hücuma görə də qrup məsuliyyət daşıyır.

Ənsar Beyt Əl-Maqdis qrupu vaxtaşırı hücumlara görə məsuliyyəti öz üzərinə götürür, Misir hökuməti isə Müsəlman Qardaşları təşkilatını ittiham edir.

Hökumət Mənsurədə Ənsar Beyt Əl-Maqdis qrupunun məsuliyyəti öz üzərinə götürdüyü bomba hücumunda əli olduğuna dair kifayət qədər dəlilin olmadığına baxmayaraq, insidentdən sonra Müsəlman Qardaşları təşkilatını terrorçu qrup kimi səciyyələndirib.

Bəzi müşahidəçilər hakimiyyətə Müsəlman Qardaşları Partiyasından gəlmiş devrilmiş prezident Məhəmməd Mursi dövründə fəaliyyətləri qeyd edir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sameh Seyf Əl Yazal Mursinin həbsdə olan terrorçuları əvf etməsi və prezidentliyi dövrü onların ölkəyə daxil olmasına icazə verməsi, eyni zamanda, Ənsar Beyt Əl-Maqdis qrupunun genişlənməsinə imkan verməsini olduqca mənfi hallar kimi qiymətləndirir. “O nəyə görə onların gəlib Sinayda qalmasına icazə vermişdi? Çünki onlar onu əmin etmişdilər ki, ona, ya da Müsəlman Qardaşlarına bir şey olsa, onları müdafiə edəcəklər” - deyə o bildirib

Lakin ölkədə terrorla əlaqədar olaraq tələbələrin, jurnalistlərin və başqlarının həbsləri vəziyyətin daha da ağırlaşmasına gətirib çıxarır. Siyasi fəal Vael Xəlil bildirir ki, hökumətin hazırkı siyasəti terrorçuların azadlıqda qalması və hətta mümkündür artmasına yol aça bilər. “Sizin yeganə cavabınız nümayişçilərə güllə atmaq və insanları həbs etməkdirsə, o zaman istər-istəməz bu, terrorçuların cəlb edilməsinə gətirib çıxaracaq”-deyə o bildirib

Sinaya hər gün xarici döyüşçülərin gəldiyi haqda məlumatların verildiyi bir şəraitdə Misir hökuməti Suriyada bundan əvvəl olduğu kimi öz tərəfinə daha artıq adam cəlb etməli ola bilər.
XS
SM
MD
LG