Accessibility links

Misir təyyarəsini qaçıran şəxs həbs edilib


Üzərində partlayıcı kəmər olduğunu iddia edərək, Misir təyyarəsini qaçırıb onu Kiprdə enməyə məcbur edən şəxs həbs edilib. Misir hava yollarına məxsus təyyarə15 ekipaj üzvü də daxil olmaqla 81 nəfərlə İsgəndəriyyə şəhərindən Qahirəyə uçurdu.

Kipr rəsmiləri təyyarəni qaçıran şəxsin Seif Eldin Mustada olduğunu müəyyən edib. Onun təyyarəni qaçırmasının səbəbi hələ aydın deyil.

Təyyaradə olan 55 sərnişin təyyarədən çıxarılsa da, Misirin mülki aviasiya naziri Şərif Fatinin dediyinə görə, ilk öncə danışıqlar nəticəsində 7 nəfər istisna olmaqla hər kəsin təyyarəni tərk etməsinə icazə verilib. İçəridə qalan şəxslər arasında isə dörd ekipaj üzvü və üç sərniş olub.

Kipr prezidenti Nikos Anastasiades hadisənin terrorizmlə əlaqədar olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG