Accessibility links

EgyptAir təyyarəsində qəzadan öncə tüstü detektorları işə düşüb


EgyptAir təyyarəsi Aralıq dənizinə düşməzdən əvvəl təyyarə kabinində tüstü detektorlarının işə düşdüyü bildirilir.

Heard Aviasiyanın web səhifəsində detektorların təyyarənin tualetində işə düşdüyü yazılıb.

Bundan bir dəqiqə sonra digər detektorlardan da xəbərdarlıq siqnalları yayılmağa başlayıb.

Bir qədər öncə xilasedicilər Aralıq dənizində itmiş təyyarəyə aid qalıqlar, cəsəd parçaları tapmışdılar.

Qalıqları Misir, Fransa, Britaniya ekspertləri və eləcə də «Airbus» təyyarəsini istehsal edən şirkət əməkdaşları birgə araşdıracaq.

EgyptAir aviaşirkətinə məxsus təyyarə Parisdən Qahirəyə uçarkən Misir ərazisinə girən kimi radarlardan itib. Təyyarədə olan 66 nəfərdən 56-ı sərnişindi.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG