Accessibility links

Misir məhkəməsi Peyğəmbərin videosunu görə YouTube-un blok edilməsi qərarı verib


Misirin baş icraedici məhkəməsi şənbə günü YouTube video paylaşma vebsəhifəsinin bir ay müddətinə blok edilməsi ilə bağlı qərar qəbul edib. Vəkilin Reuters agentliyinə verdiyi məlumata görə, buna səbəb Məhəmməd Peyğəmbəri tənqid edən video olub.

Ölkənin aşağı icraedici məhkəməsi hələ 2013-cü ildə həmin videoya görə Kommunikasiya və İnformasiya Nazirliyinə Google şirkətinin sahib olduğu YouTube vebsəhifəsinin blok edilməsi ilə bağlı göstəriş vermişdi. Lakin iş appelyasiyaya göndərildiyindən sonra, qərarın icrası baş vermədi.

Nazirlik o zaman bildirmişdi ki, YouTube vebsəhifəsinin bloklanması Google axtarış sisteminin ölkədəki fəaliyyətinə mane olacaqdı. Bu isə Ərəb dünyasının ən çox əhalisi olan ölkəədə çoxlu maddi itkilərə səbəb ola bilərdi.

Cari qərardan sonra isə Kommunikasiya və İnformasiya Nazirliyindən şərh almaq mümkün olmayıb. Lakin, Misirdə günorta saatlarında YouTube çalışmağa davam edirdi.

“Müsəlmanların təqsirsizliyi” adlı 13 dəqiqəlik, aşağı büdcəli video Kaliforniyada özəl vəsait hesabına çəkilib. Həmin video 2012-ci ildə Misirdə və digər müsəlman ölkələrində Amerika əleyhinə etiraz dalğalarına səbəb olmuşdu.

Bildirilir ki, bu, məhkəmənin qərarıdır və appelyasiya edilə bilməz.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG