Accessibility links

Mursiyə qarşı dövlət sirlərinin Qətərə ötürülməsi ittihamları irəli sürülüb


Misir hökuməti hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursiyə qarşı Qətərə Misirin milli təhlükəsizliyə dair məxfi məlumatlarını ötürməklə əlaqədar ittihamlar irəli sürüb.

Misirin baş prokuroru bildirib ki, cənab Mursi və onunla bərabər daha 10 müttəhim onun hakimiyyətdə olduğu müddətdə Qətərin kəşfiyyat xidmətinə məxfi məlumatlar ötürdüklərinə görə məhkəmə qarşısına çıxarılacaq. İttihamların irəli sürüldüyü şəxslər arasında qərargahı Qətərdə yerləşən Əl-Cəzirə televiziya şəbəkəsinin bir icraçı rəhbəri də var.

Baş prokurorun bəyanatında deyilir ki, bu, Müsəlman Qardaşları təşkilatının ölkəyə qarşı ən böyük xəyanətlə bağlı məhkəmə işidir.

Prokurorlar ötürülmüş gizli sənədlərin Misir ordusu və hərbi qüvvələrdə istifadə edilən silahların detalları ilə bağlı məlumatları əhatə etdiyini bildirib.

Cənab Mursi ilə bağlı artıq üç məhkəmə prosesi qaldırılıb və o, ölüm hökmü ilə qarşılaşa bilər. Məhəmməd Mursi keçən il iyul ayında o zaman ordu komandiri olmuş və bu il Misir prezidenti seçilmiş Əbdül Fəttah Əl-Sissi tərəfindən hakimiyyətdən salındıqdan sonra həbs edilib.

XS
SM
MD
LG