Accessibility links

Misir üsyan püskürür (video)


Misir üsyan püskürür (video)
Misir üsyan püskürür (video)

Hakim partiyanın binası da daxil olmaqla çoxsaylı bina yandırılıb, ölkədə fövqəladə vəziyyət elan olunub.

Cümə namazından bəri davam edən nümayişlərin Qahirə, Süveyş və İskəndəriyyə şəhərlərində davam etdiyi bildirilir. Paytaxtda nümayişçilər bir çox binanı yandırıblar. Bu binalar arasında hakim Milli Demokratiya Partiyasının binası da var. Ölkə prezidenti Hüsnü Mübarək ölkədə fövqəladə vəziyyət elan etsə də, verilən məlumata görə, bunun ölkədə iğtişaşların qarşısını almaq üçün ciddi təsiri olmayıb.

ABŞ dövlət katibi Hillari Klinton Misir hökumətini və nümayişçiləri zorakılıqlara son qoymağa çağırıb. O həmçinin hökuməti islahat keçirməyə səsləyib.

Misirdə cümə namazından dərhal sonra prezident Hüsnü Mübarəkin hakimiyyətinə son qoyulması çağırışı ilə on minlərlə insan küçələrə axışıb. Təhlükəsizlik qüvvələri nümayişçiləri Qahirənin mərkəzindən çıxarmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Hökumət qüvvələri kütləni dağıtmağa çalışdığı vaxt zirehli suvuran polis maşınları Qahirənin bir çox hissələrində yerləşdirilib. The Associated Press bildirir ki, iğtişaş polisi dünən Avstriyadan ölkəyə qayıdan tanınmış müxalifət lideri, Nobel sülh mükafatı laureatı Məhəmməd Əl-Baradeyiyə hücum edib. O, islanmış şəkildə polisin əhatəyə aldığı məsciddədir. Dünən gecəyarıdan bəri ölkədə fəalların əsas ünsiyyət vasitəsi olan internet xidməti tam kəsilib. Telefonlarda mesajlaşma sistemi də dayandırılıb. Telefon şirkəti Vodafone deyir ki, Misir hökuməti ölkənin bir hissəsində mobil operatorların faəliyyətinin dayandırılmasına göstəriş verib.

XS
SM
MD
LG