Accessibility links

Misirdə jurnalistlər hücumlara məruz qalıb


Misirdə jurnalistlər hücumlara məruz qalıb
Misirdə jurnalistlər hücumlara məruz qalıb

Bir çox reportyorun isə nəzarət altına alınması barədə məlumatlar verilib

Misirdə hadisələri işıqlandıran jurnalistlər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onlar habelə Qahirədə prezident Hüsnü Mübarək tərəfdarlarının hücumlarına məruz qalıb.

Beynəlxalq mətbuatın verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri ən azı 8 jurnalisti nəzarət altına alıb. Ancaq Jurnalistləri Müdafiə Komitəsindən Amerikanın Səsinə verilən məlumata görə, onlar 30-dan çox jurnalistin saxlanması ilə bağlı gələn məlumatları araşdırırlar.

Reportyorlar bildirir ki, onlar cənab Mübarəkin qəzəbli tərəfdarlarının hədəfi olublar. Tərəfdarlar media orqanlarını hökumət əleyhdarlarına simpatiya göstərməkdə günahlandırır.

Paytaxtda olan Amerikanın səsinin müxbirləri bir neçə nəfər tərəfindən əhatəyə alınıb və onlar Təhrir Meydanına buraxılmayıb.

CNN, Əl-Cəzirə və digər mediaların nümayəndələri də oxşar hücumlara məruz qaldıqları haqda məlumat veriblər. Onlar hətta bildiriblər ki, jurnalistlərin avadanlıqlarını sındırıblar və ya yaranmış xaosdan məlumat verərkən əllərindən alıblar.

XS
SM
MD
LG