Accessibility links

Misirdə parlament seçkiləri bu gün də davam edir (FOTOLAR)


Misirdə parlament seçkiləri bu gün də davam edir (FOTOLAR)
Misirdə parlament seçkiləri bu gün də davam edir (FOTOLAR)

Sabiq prezident Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsindən sonra Misirdə keçirilən ilk parlament seçkilərində səsvermə bu gün də davam edib.

Müşahidəçilər seçicilərin səsvermədə iştirakının yüksək olması və seçkilərin dinc atmosverdə keçdiyini bildirir.

Səsvermədə iştirak etmək üçün çoxsaylı insan saatlarla növbədə dayanıb. Çoxları ilk dəfədir seçkidə iştirak etdiyini, bəziləri isə əvvəlkilərdən fərqli olaraq bu dəfə səslərinin sayılacağını deyib.

Egyptian women show their inked fingers after voting in Cairo, Egypt, Monday, Nov. 28, 2011
Egyptian women show their inked fingers after voting in Cairo, Egypt, Monday, Nov. 28, 2011
Seçicilərdən birinin sözlərinə görə, inqilab insanlara öz təsiri göstərib, ona görə də həddən artıq çox adam seçkilərdə iştirak edir. “Əvvəlki seçkilərdə evdə otururduq, bilirdik ki, bizim adımızda, hətta dünyasını dəyişmiş insanların adından kağızlar doldurulacaq. İndi isə böyük dəyişikliyin olduğunu hiss edirik” – deyə o bildirir.

Parlamentin Aşağı palatasına deputatları seçmək üçün keçirilən səsvermə paytaxt Qahirə və İsgəndəriyyə ilə yanaşı Luksor, Port Səid və digər 5 əsas şəhərdə keçirilir. Bu regionlar üçün ikinci raund səsvermə dekabrın 5-ə nəzərdə tutulub.

ABŞ-ın Qahirədəki səgiri Anne Patterson dünənə Misir xalqını seçkilər və iştirakın yüksək olması münasibəti ilə təbrik edib. ABŞ Dövlət Departamenti isə bildirib ki, seçkilərin ilk günündən daxil olan məlumatlar tamamilə nikbin təsir bağışlayır.

XS
SM
MD
LG