Accessibility links

Təhrir meydanında toplaşmış izdiham hakimiyyətin mülki şəxslərə ötürülməsini tələb edir


Feldmarşal Hüseyn Tantavi prezidentliyə namizəd Məhəmməd ƏlBaradei ilə görüşür
Feldmarşal Hüseyn Tantavi prezidentliyə namizəd Məhəmməd ƏlBaradei ilə görüşür

Qahirənin mərkəzində toplaşmış nümayişçilər müvəqqəti mülki hökumətin yaradılmasını tələb edirlər. Bu arada Misirin hərbi idarəçisi siyasi qarşıdurmaya son qoyulmadığı təqdirdə ağır nəticələrin baş verəcəyi barədə xəbərdarlıq verib.

Feldmarşal Hüseyn Tantavi deyib ki, hakim hərbi şura bazar ertəsi keçiriləcək seçkilərə müdaxilə edilməsinə imkan verməcəyək.

O, deyib ki, xalq Misiri xoşbəxt gələcəyə aparacaq uğurlu seçkilər yaxud təhlükə dolu baryerlərlə seçim arasındadır. Tantavi hərbi qüvvələrin Misirin ikinci yola yuvarlanmasına imkan verməyəcəklərini bəyan edib.

Tantavinin bəyanatı Qahirənin Təhrir meydanında minlərlə adamın axınını dayandırmayıb. Nümayişçilər hərbçilərdən prezident seçkiləri keçirilənədək hakimiyyəti milli qurtuluş hökumətinə təhvil verməyi tələb edirlər.

ƏlBaradei deyib ki, əgər o, belə bir hökumətə rəhbərlik edərsə, onda prezidentliyə namizədlik iddialarından geri çəkiləcək.

XS
SM
MD
LG