Accessibility links

Mursi tərəfdarları iki nümayişi təxirə salıb


Misir ordusunun rəhbərinin sözlərinə görə, ölkədə son siyasi üsyan zamanı yüzlərlə insanın ölməsindən sonra baş verəcək zorakılıqlara ordu səssiz qalmayacaq.

O, bu açıqlama paytaxt Qahirədə hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları Misirin Ali Konstitusiya Məhkəməsinə doğru yürüş etdiyi vaxt verib. Ordunun cənab Mursini devirməsinə etiraz edən islamçı alyans bu gün planlaşdırılan digər iki nümayişi təxirə salıb. Onlar nümayiş edəcəkləri ərazilərdə snayperlərin yerləşdirildiyini iddia edib.

Ordu generalı Abdel Fətah Əl-Sissi ordunun hakimiyyəti ələ keçirmək planının olmadığını deyərək islamçıları siyasi proseslərə qoşulmağa çağırıb.

Daha əvvəl isə Misir təhlükəsizlik qüvvələri Müsəlman Qardaşları üzvlərinin evlərində reyd keçirərək orta səviyyəli rəsmiləri həbs edib.
XS
SM
MD
LG