Accessibility links

Misirlilər Qahirədə "Milyonların yürüşü"nə başlayıb (video)


Misirlilər Qahirədə "Milyonların yürüşü"nə başlayıb (video)
Misirlilər Qahirədə "Milyonların yürüşü"nə başlayıb (video)

Ölkədə internet yoxdur, insanların nümayişə getməməsi üçün dəmir yolu xidməti iki gündür fəaliyyət göstərmir

Bu gün Qahirədə yüz minlərlə insan küçələrə toplaşaraq yenidən Misir prezidenti Hüsnü Mübarəkin hakimiyyətdən getməsini tələb ediblər.

“Biz rejimi istefaya çağırırıq və Hüsnü Mübarəkə deyirik ki, biz onun hökumətindən heç kəsin hakimiyyətdə qalmasına yol verməyəcəyik”-deyə adını açıqlamayan biri nümayişçi bildirir.

Hərbi qüvvələr paytaxt küçələrində yerləşdirilsə də, onlar etiraz aksiyası keçirənlərin nümayişinə müdaxilə etmir. Ordu rəhbərliyi Misir xalqının legitim tələblərinə hörmət etdiklərini bəyan edib və nümayişçilərə atəş açılmayacağına söz verib.

Bu gün ikinci ən böyük nümayiş şimalda liman şəhəri İskəndəriyyədə keçirilir. Artıq ikinci gündür ölkədə dəmir yolu xidməti fəaliyyətini dayandırıb. Bu, ucqar ərazilərdə yaşayan sakinlərin nümayişlərə qatılmasının qarşısını almaq məqsədi daşıyır.

Ölkə boyu internetə qoyulan qadağa da hələ qüvvədə qalır.

XS
SM
MD
LG