Accessibility links

Misofoniya - Qıcıqlandırıcı səslərə dözümsüzlük [Video]


Misofoniya - Qıcıqlandırıcı səslərə dözümsüzlük
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Siz hərdən plastik torba xışıltısı və ya boşqabın çəngəllə cızıltlsl kimi səslər eşidəndə əsəbdən titrəyirsinizmi? Kimsə dişlərini bir-birinə sürtərkən, və ya dıqnağını lövhəyə sürtüb səs çıxararkən? Çoxları üçün bu, adı səslərdir, lakin “misofoniya” (yunanca “səslərə nifrət”) diaqnozu olan xəstələr üçün bu, ciddi problemdir.

Biz nə qədər dözümlü olsaq da, sakit kinoteatrda kiminsə plastik torbanı açaraq, içərisindəki çipsi səs-küylə yeməsi çoxumuzu təbdən çıxarır. Lakin misofoniyadan əziyyət çəkən insanlar üçün bu səslər lap dözülməz olur.

“Əsasən də insanların ağzından gələn və ya nəfəs səsləri. Bəzilərini danışarkən, çeynəyərkən, nəfəs alarkən çıxan səslər narahat edə bilir. Digərlərini isə təkrarlanan səslər, qələm tıqqıltısı, ayaq səsləri, plastik torba səsləri narahat edir” deyə, Newcastle Universitetinin alimi Vill Sidli bildirir.

Newcastle Universitetinin alimləri belə həssaslığın fiziki dəlil olub-olmadığını aydınlaşdırmağa çalışdı. Könüllülərə müxtəlif səslərin, yağış və qaynayan suyun səsi kimi neytral səslərdən tutmuş, əsəbləşdirici - səs-küylü yemək, uşaq ağlamağı, səsli nəfəs kimi səsləri dinləmək tövsiyə edildi.

Onların beyin skanı göstərdi ki, misofoniya beyindəki emosional reaksiyanın hansı ölçüdə olmasından asılıdır. “Bu, misofoniyası az inkişaf etmiş insanlar idi və biz o qədər də böyük dəyişikliklər görmədik. Lakin beyində struktur dəyişiklilər olduğu aydınıdr.”

Bu araşdırmaların nəticələri yeni suallar doğurdu. Vill Sidli: “ Bu, yumurtanın toyuqdan, və ya toyuğun yumurtadan gəlib-gəlmədiyini bilmək kimidir. Misofoniyanın beyinə uzun müddətli təsirini bilmək çətindir."

Əgər mümkündürsə, alimlər misofoniyanın müalicəsini tapmağa çalışır. Lakin onlar bəzi insanların müəyyən səslərə həqiqətən də həssas olduğunu hamının bilməsini istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG