Accessibility links

"Kainat Gözəli" tituluna amerikalı tələbə layiq görüldü


Amerika 10 ildən sonra "Kainat Gözəli" titulunu bərpa edib. Oliviya Kulpo Nevada ştatının Las-Veqas şəhərindəki kazinoda keçirilən müsabiqənin qalibi olub.

Boston universitetinin 20 yaşlı tələbəsi 88 nəfərin iştirak etdiyi müsabiqədə "Kainat Gözəli" titulunu qazanıb.

İki saat keçirilən müsabiqədə gözəllər səhnəyə çimərlik və gecə paltarlarında çıxıblar.

Oliviya Kulpo 1997-ci ildən bəri bu titulu qazanan ilk amerikalıdır.

Müsabiqədə ikinci yeri Filippindən Canin Taqnon, üçüncü yeri isə Venesueladan İren Sofia tutub.
XS
SM
MD
LG