Accessibility links

Mississippi çayının məcrasından çıxma təhlükəsi qüvvədədir


A ramp leading to the Memphis Queen riverboat and its parking area are surrounded by floodwater in Memphis, Tennessee, May 7, 2011.
A ramp leading to the Memphis Queen riverboat and its parking area are surrounded by floodwater in Memphis, Tennessee, May 7, 2011.

ABŞ-ın Tennessi ştatında Mississippi çayının məcrasından çıxma təhlükəsi qüvvədədir. Ştatın ən böyük şəhəri Memfisdə çayın səviyyəsinin 14.6 metr qalxacağı gözlənilir. Milli Hava Xidmətinin proqnozlarına görə, Mississippi çayı artıq bəzi sahil əraziləri su altında qoyub. Bölgə sakinlərinin 1300-dən artıq evi tərk etməsinə göstəriş verilib. Daşqınlar gələn 3 həftə ərzində Luiziana ştatına doğru irəliləyəcək. Luiziana qurbernatoru sellərin axınını azaltmaq məqsədi ilə bəzi sədlərin açılacağını bildirib. Sədlər açılsa, suyun səviyyəsi 1.5-lə 7.6 mert ola bilər. 2005-cı ildə Katrina qasırğasına məruz qalan Yeni Orleans şəhərində də sədlərin açılması planlaşdırılır.

XS
SM
MD
LG