Çərşənbə axşamı Missurinin Səhiyyə Departamenti 15 koronavirus halının qeydə alındığını, ştat və yerli hökumətin virusun yayılmasının qarşısını almaq məqsədilə böyük toplantıları məhdudlaşdırmaq üçün əlavə addımlar atdığını bildirib. Ştatın qubernatoru böhranın aylarla davam edəcəyinin gözlənildiyi barədə xəbərdarlıq edib.
COVID-19 hallarının Boon Kass, Kol, Qrini, Henri, Cekson və Sent-Luis şəhərində də olduğu bildirilib.
Qubernator Mayk Person çərşənbə axşamı Missuridəki 13 kazinonun martın 30-na qədər bağlanmasına göstəriş verib. Bu arada, yoluxma riskini azltmaq üçün ağır cəzası olmayan məhbuslar həbsxanadan sərbəst buraxılır.
Missurinin Səhiyyə Departamenti 15 yoluxma halından sonra Facebook-da yayımlanan videoda danışan Person missourililəi uzun bir böhranın gözlədiyini deyib. "Bunun aylarla davam edə biləcəyini nəzərə almalıyıq və buna hər gün hazır olmalıyıq " deyə, Respublikaçı Person bildirib.