Accessibility links

Qaradərili balerina Amerika Balet Teatrının tarixində ilk dəfə prima balerina olub


ABŞ balerinası Misti Kopland Amerika Balet Teatrının 75 illik tarixində ilk dəfə olaraq teatrın prima balerinası statusuna yüksələ bilib.

32 yaşlı Misti Kopland bu tarixi yüksəlişə balet teatrında 14 illik fəaliyyətindən sonra nail oluib. O, Amerika Balet Teatrının gənclərdən ibarət truppasında rəqs etməyə başlayıb və 2007-ci ildə 24 yaşında teatrın solisti olub. Balerinanın keçən həftə Nyu York Metropoliten Opera teatrının səhnəsində “Sonalar gölü” baletində əsas partiyanı ifa etməsi olduqca yüksək rəylər alııb.

Misti Koplandın yüksəlişi eyni zamanda, Amerikada balet sənətində olduqca az təmsil olunmuş qaradərili rəqqaslar üçün böyük bir nailiyyət hesab edilir. Balerina məsələyə münasibət bildirərək, Amerika Balet Teatrının ilk qaradərili prima balerinası olmaq istədiyini açıq dilə gətirmişdi.

Lakin çərşənbə axşamı günü mətbuat konfransında danışan balerina afro-amerikalı qadının bu səviyyəyə çata biləcəyi ilə bağlı şübhələri olduğunu da etiraf edib. “Eyni zamanda, bu, məni irəliləməyə, gələcək nəsil üçün bunu etməə məcbur edirdi”-deyə o bildirib.

Misti Kopland mətbuat və sosial mediada fəallığı ilə baletsevərlərin ənənəvi auditoriyasından kənarda da böyük rəğbət qazana bilib. O, bestsellərə çevrilmiş tərcümeyi-hal və uşaqlar üçün kitabın müəllifidir. Time jurnalı onu 2015-ci ildə sənət sahəsində ən nüfuzlu insanlardan biri adlandırıb. Misti Kopland rok ulduz Prinslə musiqili video filmdə və Amerikanın Under Armour idman geyim malları şirkətinin reklamlarında çəkilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG