BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura son zorakılıqlarla bağlı narahatlıqlara baxmayaraq, həqiqət vaxtının çatdığını bildirib. Nümayəndə bunu sülh danışıqları ərəfəsində deyib.
Cenevrədə keçirilən müzakirələrin 8-ci raundundan əvvəl Mistura sülh danışıqlarının perspektivləri barədə nikbinliyini ifadə edib.
O deyib ki, BMT tarixində ən dərin böhran hazırda siyasi prosesə çevrilir.
Nümayəndə Astana və Əmman görüşlərinin de-eskalasiya, atəşkəs və münaqişənin azalmasına yardım etdiyini deyib.
Bundan əvvəlki bir çox danıqşıqlara hökumətlə müxalifət arasında prezident Bəşar Əl-Əsədin hakimiyyətdə qalıb-qalmamasına dair narazılıqlar üzündən tez bir zamanda ara verilmişdi.
Müxalifətin nwmayəndə heyətinin rəhbəri Nəsr Həriri müxbirlərə bildirib ki, siyasi keçid dövründə Əsəd hakimiyyətdə olmamalıdır.
2011-ci ildən bəri Suriya münaqişəsində 400 mindən çox insan həyatını itirib, 13 milyon adam humanitar yardıma ehtiyac duyur.