Accessibility links

Vaşinqtonda Trampa dəstək aksiyaları keçirilib


Nümayişçilər şənbə günü Vaşinqtonda Prezident Donald Trampı və 3 noyabr seçkilərində sübut olunmayan saxtakarlıq iddialarını dəstəkləmək üçün bir araya gəlib..

Gün ərzində bir neçə yürüş keçirilib. Onlara Million MAGA yürüşü, Women for Trump (Trampı Dəstəkləyən Qadınlar) tədbiri və seçki saxtakarlığına dair əssassız iddialar ortaya atan Stop the Steal (Oğurluğu Dayandırın) nümayişi daxil olub.

Tramp prezident seçkilərində qalib olan sabiq vitse-prezident Co Baydenə məğlubiyyətini qəbul etməyi rədd edib və bir neçə mühüm ştatda qanunsuzluqlara yol verildiyini olduğunu deyib. Ştatların seçki rəsmiləri səsvermənin nəticəsinə təsir göstərəcək heç bir ciddi qanunauyğunsuzluqların olmadığını bildirib.

Yürüşlər mühafizəkar media üzvləri və ağ millətçilər tərəfindən təbliğ olunub. Bu isə anti-faşist və anti-irqçi qruplar tərəfindən əks-nümayişlər keçirmək planlarına səbəb olub.

Etirazlar Baydenin seçkilərdə qəti qələbəsinin elan edilməsindən sonra baş verir, Qələbə üçün Seçi Kollegiyasının 270 səsi tələb olunurdu.

Mitinqlərin başlamasından təxminən iki saat əvvəl Tramp ona dəstək göstərmək üçün gələn nümayişçiləri Pennsilvaniya prospektində avtomobil kortejindən gülümsəyərək, əllərini yellədərək salamlayıb.

Daha sonra prezident Tramp Şimali Virciniyadakı adını daşıyan golf sahəsinə gedib.

Fox News xəbər verir ki, Ağ Evə qayıdarkən prezident yenidən tərəfdarlarının alqışlarını coşdurub.

Şəhərdə 12-ə yaxın tədbir keçirilib, onların çoxunda isə az sayda insanın iştirak edib.

XS
SM
MD
LG