Accessibility links

Milli Şura mitinqi aprelin 8-də keçirəcək (Yenilənib)


Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

Milli Şura mitinqin aprelin 8-də saat 15-də "Məhsul" stadionunda keçiriləcəyi barədə qərar qəbul edib. Bu barədə Amerikanın Səsinə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

***

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın aprelin 9-da mitinq keçirilməsi ilə bağlı xəbərdarlıq məktubuna cavab verib.

İcra hakimiyyəti mitinqin aprelin 9-da deyil, 8-də keçirilməsini təklif edib.

Milli Şura aprelin 9-da saat 15-də Bakıda “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirmək barədə qərar qəbul edib.

Aprelin 4-də mitinqin təşkilatçıları Oqtay Gülalıyevi, Tofiq Yaqublunu və İlham Hüseyni Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəbul edib.

“Abutalıbov mitinqin şənbə günü keçirilməsini təklif etdi və bunu insanların istirahət hüququnun təmin olunmasına hörmət əlaməti olduğunu bildirdi”, mitinqin təşkilatçılarından Oqtay Gülalıyev Amerikanın Səsinə bildirib.

Öz növbəsində, mitinqin təşkilatçıları Abutalıbovun təklifini qanunsuz hesab edib.

“Çünki mitinqin vaxtını, yerini və şüarlarını təşkilatçılar müəyyən edir. Bizim tərəfdarlarımız mitinqin bazar günü keçirilməsini istirahət hüquqlarının pozulması kimi qəbul etmir”, Gülalıyev bunun Bakı merinin diqqətinə çatdırıldığını bildirib.

İcra hakimiyyətinin cavab məktubu ilə bağlı mitinqin təşkilatçıları hazırda iclas keçirir. Yaxın saatlarda Milli Şura icra hakimiyyətinin təklif etdiyi vaxtda mitinqin keçirilib-keçirilməməsi ilə bağlı mövqeyini bildirəcək.

Mitinqin təşkilatçıları Milli Şuranın üzvləri, - hüquqşünas Namizəd Səfərov, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, hüquq müdafiəçisi Oqtay Gülalıyev, AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynlidir.

Mitinqin şüarı belə təklif edilib: “Korrupsiyaya son, Monarxiyaya yox! “Siyasi məhbuslara azadlıq!”

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG