Prezidentliyə sabiq namizəd Mitt Romni Respublikaçıların milyarder Donald Trampın 2016-ci ildə partiyanın nominasiyasını əldə etməsinin qarşısını almaq səylərinə qoşulub. O, Trampın prezident seçilməsinin amerikalı əməkçilər və ailələrə mənfi təsir göstərəcəyini deyib.
Hillari Klinton qədər güvənilməz və riyakar insan prezident olmamalıdır, amma Trampın vahid anmizəd seçilməsi Klintonu qalibiyyətə aparacaqMitt Romni
“Əgər Donald Trampın planları həyata keçsə, ölkədə böhran yarana və ticarət müharibələri başlaya bilər,” deyə Romni bildirib. O, öndə gedən namizədin vergi planının səhv olduğunu və Trampın bahalı sosial müdafiə proqramları üzərində islahatlar aparmaqdan imitna etdiyini deyib.
Trampın bir neçə dəfə şirkətlərinin iflasını elan etməsinə istinad edərək, Romni diqqəti Trampın sərvətini özünün yaratmadığına, əksinə ailəsindən miras olaraq aldığına çəkib.”
“Onun müflisləşməsi balaca bizneslərin bağlanmasına və o iş yerlərində çalışan insanların işlərini itirməsinə səbəb olub,” deyə Romnni Yutah Universitində çıxışı zamanı bildirib.
Romni respublikaçıları başqa namizədi seçməyə çağırıb. O həmçinin Demokratlar tərəfindən öndə gedən Hollari Klitona da söz atıb.
“Hillari Klinton qədər güvənilməz və riyakar insan prezident olmamalıdır, amma Trampın vahid anmizəd seçilməsi Klitonu qalibiyyətinə aparacaq,” deyə o xəbərdarlıq edib.
2012-ci ildə prezidentliyə namizəd olan Romni bu dəfə nə namizədliyini irəli sürdüyünü, nə də hər hansı bir kampaniyaya dəstəyini ifadə etdiyini vurğulayıb. Lakin o, bunu da qeyd edib ki, “digər respublikaçı namizədlər arasında Amerikanın üzləşdiyi problemlərə qarşı təkcə Marko Rubio, Ted Kruz və Con Keysik ciddi təkliflər irəli sürür.”
Romninin Trampa qarşı hücumuna səbəb həmçinin Trampın vergilərini açıqlamaması və başda Ku Klux Klan-ın dəstəyindən imtina etməməsi olub.
Romni Trampın namizədliyinə etiraz edən bir sıra partiya liderləri və nüfuzlu donorların artan siyahısına daxil olan ən son şəxsdir. Onlar Trampın ticarət və mühacirət siyasəti, eləcə də digər məsələrlə bağlı planlarını tənqid edir.
Bir şeyi yəgin bilirəm ki, Donald Tramp saxtakardır… və o amerikalıları səfeh yerinə qoyub.Mitt Romni
“Bir şeyi yəgin bilirəm ki, Donald Tramp fırıldaqçıdır… və o amerikalıları axmaq yerinə qoyub,” deyə Romni gileylənib.
2012-ci ildə Mitt Romni prezidentliyə namizədliyini irəli sürdüyündə isə, Tramp onu dəstəkləmişdi, Romni isə öz növbəsində Trampın biznes təcrübəsini tərifləmişdi.
“Donald Tramp bizim iqtisadiyyatımızın necə işlədiyini anlamaq, yeni iş yerləri yaratamaq kimi qeyri-adi bacarığa sahibdir. O, ölkə iqtisadiyyatımızın xaricdən təhlükələrlə üzləşdiyini anlayır. O, Çinə qarşı çıxan çox az sayda insanlardan biri idi. “ Bu sözləri o vaxt Romni Tramp barədə demişdi.
Donald Tramp Meyn ştatında Romninin dediklərinə münasibət bildirib.O, Romnini uğursuz namizəd və dediklərini yersiz adlandırıb. ABŞ prezidentliyinə respublikaçı namizəd deyib ki, Romni Respublikaçılar Partiyasını prezident Obama qarşısında alçaldıb.