Accessibility links

Yüksək gözləntilər fonunda Barak Obama növbəti debata hazırlaşır


Tənqidçilərin fikrincə ötən qarşılaşmada Mitt Romni daha fəal və aqressiv çıxış etmişdi

ABŞ prezidenti Barak Obamanın kampaniyası onun bu axşam Respublikaçı rəqibi Mitt Romni ilə ikinci debat görüşündə daha mətin çıxış edəcəyini deyir.

Cənab Obama oktyabr ayının 3-də keçirilən ilk debatda süst çıxışına görə davamçıları tərəfindən kəskin tənqidə məruz qalıb. Tənqidçilərin fikrincə ötən görüşdə Mitt Romni daha fəal və aqressiv çıxış edib.

Bu gün Nyu York ştatında Hofstra universitetində keçiriləcək debat yeni formatda olacaq. Bu dəfə əvvəlcədən təyin edilmiş bitərəf seçicilər zaldan prezident Obama və Mitt Romniyə suallar ünvanlayacaqlar.
XS
SM
MD
LG