Accessibility links

Mitt Romni prezident Obamanın xarici siyasətini tənqid etdi


Respublikaçı prezidentliyə namizəd Mitt Romni deyir ki, prezident Barak Obama xarici siyasətdə, ələlxüsus Yaxın Şərqə gəldikə, zəif lider olub.

Virciniya hərbi akademiyasında özünün ilk xarici siyasət nitqində cənab Romni deyib ki, ABŞ böyük qüdrət kimi hadisələri formalaşdırmaq əvəzinə onların girovuna çevrilib.

"Mən bilirəm ki, prezident Yaxın Şərqi daha təhlükəsiz, daha azad və bizimlə dost görmək istəyir. Mən də bu ümidi paylaşıram. Amma biz öz sözlərimizin arxasında əməllə dayanmasaq, onda dostlarımızı müdafiə, düşmənlərimizi məğlub edə bilmərik."

O, prezidenti Suriya məsələsində liderlik nümayiş etdirməməkdə günahlandırıb və ABŞ qoşunlarının İraqdan qəfil çıxarılmasını tənqid edib.

Cənab Romninin çıxışına reaksiya verən Obama kampaniyası bildirib ki, rəy sorğularında prezidentin milli təhlükəsizlik məsələlərində rəqibini üstələməsinə əsas var. Onlar bu sırada İraqda müharibəyə son qoyulmasını və Əl-Qaida lideri Osama bin Ladenin öldürülməsini sadalayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG