Accessibility links

Mitt Romni və Pol Ryan Şimali Karolinada seçki kampaniyası aparacaqlar


Respublikaçı prezidentliyə namizəd Mitt Romni və onun vitse-prezidentliyə namizədi Konqresmen Pol Ryan bu gün Şimali Karolina ştatında seçki kampaniyasını davam etdirəcəklər. Bu ştat noyabr seçkilərin əsas rəqabət məkanlarından biri olacaq.

Şənbə günü səhər Vicriniya ştatında Mitt Romni özünün vitse-prezident seçimini elan etdikdən sonra cütlük maliyyə məsuliyyəti mövzusunda çıxışlar etməyə başladılar.

Romni Ryanı özünün dörd günlük avtobus turunun başlanğıcında elan etdi. İzdiham qarşısında çıxış edən Ryan bildirib ki, Amerika səhv yoldadır və Romni ilə bərabər o, "düzgün addımları ataraq ölkəni düzgün cığıra" qoyacaq.

42 yaşlı Ryan 14 ildir ki, Konqres üzvüdür. Ryanı mühafizəkarların böyük kəsimi dəstəkləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG