Accessibility links

Maliyyə naziri vəzifəsinə nominasiya edilən Stiv Mnuçin Senatda ifadə verir


Donald Trampın maliyyə naziri vəzifəsinə nominasiya etdiyi Stiv Mnuçin Senatın Maliyyə Komitəsi qarşısında ifadə verir. O, demokrat Ron Uaydenin mürəkkəb sualları ilə üzləşib.

Trampın maliyyə idarəsinin rəhbəri Mnuçin investisiyalar etməklə zənginləşib. Onun investisiyalarından biri ipoteka kredit şirkəti IndyMac-dir.

Wall Street Journal-ın yazdığına görə, bu bank ən böyük itkiyə məruz qalıb. Belə ki, 9 faizlik kreditlərin ödənişi 2 ay gecikir. Qəzet yazır ki, əvvəlki menecment kreditləri borcların geri qaytarılması imkanlarını nəzərdən keçirmədən verib.

Tənqidçilər Mnuçin bankını borc alanlara yardım etmədiyinə görə tənqid edir. Mnuçin isə ipoteka ödənişlərinə yardım məqsədi ilə kreditlərin dəyişdiriləcəyə vəd verib.

Senatın Maliyyə Komitəsinin respublikaçı sədri Orrin Hatç Mnuçini ABŞ iqtisadiyyatını yoluna salacaq effektiv seçim kimi qiymətləndirir.

Dinləmələrin bir neçə saat sürəcəyi bildirilir.

XS
SM
MD
LG