Accessibility links

Ümumdünya Mobil Konqresində texnoloji yeniliklər nümayiş etdirilib [Video]


Ümumdünya Mobil Konqresində texnoloji yeniliklər nümayiş etdirilib
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Artıq smartfonlar çox az funksiyanın inkişaf etdirilməsi mümkün nöqtəyə çatmış görünür. Beləliklə, telefon istehsalçıları kamera kimi digər funksiyaların inkişafına fokuslanır.

Samsung-un yeni Galaxy S9 telefonu inkişaf etdirilmiş kamerası nəzərə alınmasa təmamilə əvvəlki modelinin eynisidir. Yeni kamera ilə zəif işıqda belə keyfiyyətli fotolar çəkib, avtomatik yavaşladılmış kadr(slowmotion) videolar qeydə ala bilərsiz.

Google şirkəti mobil telefona 800$ ödəmək istəməyənlər üçün Android Oreo Go adlı yeni əməliyyat sistemi inkişaf etdirib. Bu sistem məhz ucuz telefonlar üçün dizayn edilib.

“Adroid Go applikasiya vasitəsilə sizin daha az datadan istifadə edərək Youtube və ya başqa videoları izləmək imkanınız var. İnkişaf etməkdə olan ölkələrdə internetin qiyməti çox yüksəkdir.” - deyə, sərgi iştirakçılarından biri olan Nikol Skot bildirib.

Yeni əməliyyat sistemi Nokia-nın 1996-cı ildən satışına başladığı, yenilənmiş telefonu olan 8110 kimi bir çox münasib qiymətli smartfonlar üçün idealdır.

Telefonların və aksessuarların müxtəlif hərəkətlərlə divardan asılması müştərilərin diqqətini özünə cəlb edib.

Sərgidə dünyanı selfisiz düşünə bilməyən insanlar üçün istənilən fotonu espresso içkisinin üzərinə çap edə bilən yeni maşın nümayiş etdirilib.

Ümumdünya Mobil Konqresi mart ayının birinə qədər davam edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG