Accessibility links

Mobil telefonlardan azad məktəb


Mobil telefonlardan azad məktəb
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Kaliforniyada orta məktəblərdən biri mobil telefonların gün ərzində bağlanmasına çalışır. Xüsusi torbalara yerləşdirilən telefonlar məktəbliləri fikirlərindən yayınmaqdan qorumaqla bərabər, onların təhsil imkanlarının artırılmasına xidmət edir. Lakin bəzi məktəblilər mobil telefonla ayrılığı çətin keçirir.

Silikon vadisindəki məktəb müəllimələri telefonları bağlayır.

"Telefonlarını yoxlamaq və mətn yazmaq - sosial mediaya girmək. Mən telefonları təkrar-təkrar müsadirə edərdim" - deyə, fransız dili müəlliməsi Coann Sabliş bildirib.

"Onlar partaların üstündə, sinfin ortasında Fortnite oynayırlar" , sinif nümayəndəsi Maykl Pikçi deyib.

"Biz bəzi şagirdlərin 11 -12 saat vaxtlarını telefonda keçirdiklərini görmüşük" , məktəb direktorunun müavini Adam Qelb bildirib.

Hər bir şagird telefonunu kişik torblarda maqnit qıfıllarla bağlamalıdır.

"Kodla onlar gün ərzində baqlanır. Günün sonunda isə düyməni basmaqla telefonu açmaq mümkündür" , Adam Qelb bildirib.

Yondr Pouch adlandırılan bu cihaz telefonlardan azad deməkdir. Bundan artıq Amerika və Avropa məktəblərində istifadə edilir.

Müəllimlər isə əlbəttə çox məmnundur.

"Bu il tələbələr selfi çəkməkdən və ya telefonlarını yoxlamaqdansa, təhsilə daha çox diqqət yetirir", Coann Sabliş bildirib.

Bəzi şagirdlər üçün isə ayrılıq heç də asan deyil.

"İnsanlar hər şeyi iynə üzərinə qoyur və iynəni sındırır. Onlar qıfılı sındırmaq üçün hətta onlayn maqnit əldə edə bilər"- məktəb şagirdi Lana Lam deyib.

Məktəbdə məsləhətçilər, telefonları olmayan və stress keçirənlər üçün dəstək qrupları mövcuddur.
"Telefon olmadıqda nigaranlıq, depressiya kimi probıemlər qaçılmazdır", Lana Lam deyib.

YODR-ın icraçı direktoru, sabiq futbolçu Qraham Duqoninin dediyinə görə, onu ekrandan asılılıq kimi narahatlıq bu proqramı yaratmağa təşviq edib.

"İnsanların dünyanı 8-10 saat izlədiyi aydın məsələdir. Çihazlardan azad bir məkan yaradılması olduqca mühüm və yararlıdır."

Bu cihazların illik icarəsi 20 min dollardır. Hər şagirdin 12 dollar ödəməsi hələ ki. bunun dəyərini göstərir.

"İndi sinifləri mobil telefonlarla təsəvvür etmək çətindir" - deyə, Adam Qelb bildirib.

Bunun qiymətlərə təsiri isə qiymət və davamiyyət cədvəli çıxdıqda bəlli olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG