Accessibility links

Afrika Moda Həftəsi


Afrika Moda Həftəsi
please wait
Embed

No media source currently available

0:00 0:01:32 0:00

Yohanesburqda keçirilən “Beynəlxalq Moda Həftəsi”ndə Afrika stili nümayiş etdirilib. Şouda dünyanın müxtəlif ölkələrindən dizaynerlər iştirak edib. Builki tədbirdə də Asiya abı-havası olub.

Bu şouda Afrika dizaynerlərinin parlaq rənglərdən tutmuş neytral tonlara qədər, müxtəlif rəhglərdə işləri nümayiş etdirilib.

Dizaynerlərdən biri deyir ki, Afrika geyimlərini tərəddüd etmədən, güvənlə yaratmaq gərəkdir. Dizayner Sifosi Mazanqo: “Bu, bizim yaşaya biləcəyimiz Afrika olmalıdır. İstər Nyu-York, istər London, yəni harada olursan ol, oradakılar sənin Afrikadan olduğunu bilməlidir.”

Bu şounu təşkil edən “Beynəlxalq Afrika Modası” şirkəti yeni və artıq tanınan dizaynerlərə Afrika modasını inkişaf etdirmələrinə imkan yaradır. Aktrisa Nomzamo Mbata: “Mənə görə bu, yeni istedadları aşkar etmək və mənim sevimli dizaynerlərimin yeni işlərini görmək üçün bir imkandır.”

Moda nümayiş etməkdən əlavə bu tədbir müxtəlif sənət adamlarının bir araya gətirir. “Bu, təkcə modaya tamaşa deyil, daha çox yaradıcı insanların bir yerə toplaşmasıdır. Siz burada musiqiçilərə, repçilərdən tutmuş futbol oyunçularına rast gələ bilərsiniz. Onlar burada çıxış da edirlər” deyə, model Sello Nlafo bildirir.

Afro-Asiya moda həftəsi bu il Çin, Kamboca və Yaponiyadan olan dizaynerlərə də öz işlərini nümayiş etdirmələrinə imkan verib. Yaponiyalı dizayner Taketo Nişino: “Bu kolleksiya xüsusidir, əvvəllər beləsi olmayıb. Yəni bu çox maraqlıdır.”

Yaponiya dizaynerləri dünyanı gəzərək, müxtəlif mədəniyyətlərin qədim nümunələrini bir araya gətirir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG