Accessibility links

Vaşinqtonda Moda Həftəsi


Vaşinqtonda Moda Həftəsi
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Əslində paytaxt Vaşinqton heç vaxt moda şəhəri olmayıb. Şəhər sakinləri özünün konservativ geyimləri ilə tanınır. Lakin vaxtilə kompüter dizayneri olan və sonradan moda dizaynına üstünlük verən şəxs bu şəhərin də moda üçün ən yaxşı yerlərdən biri olduğunu düşünür. İan Villiams: “Mən moda dizaynını özüm öyrənmişəm. Mən modanı həmişə sevmişəm. Mən moda kurslarına başqa sənətim olanda başladım. Bundan əvvəl mən kompüter mühəndisi idim.”

İan Villiams paytaxt Vaşinqtonda Moda Həftəsi-nın təməlini 14 il əvvəl qoyub. “Əlbəttə, Vaşinqton həmişə siyasi bir şəhər kimi tanınıb. Lakin bu şəhərdə operadan tutmuş konsertlərə, muzeylərə qədər bir çox maraqlı əyləncələr var. Eyni zamanda burada insanların özlərini göstərmələri üçün böyük imkanlar var.”

Kolumbiya Mahalında yerli dizaynerlərin kolleksiyalarının nümayişi ilə başlayan Moda Həftəsi artıq beynəlxalq səviyyədə keçirilir və buraya dünyanın hər yerindən, bəzən özləri ilə ekzotik parçalarını da gətirən dizaynerlər gəlir. Dizayner Elen London: “Biz, məsələn, Taylanddan gətirilən qarışıq rəngli parçalardan, Suriyadan gətirilən parçalardan istifadə edirik. Mənim özümün də Ukrayna texnologiyası ilə istehsal edilən parçam var. Mənim Pekində əllə çəkdiyim parçalarım var. Bizdə Qərbi Afrika parçaları da var.”

Tayland dizayneri ilə birgə işləyəm Elen London deyir ki, onun istifadə etdiyi qarışıq rəngli parçalar müxtəlifliyi və mədəniyyətlərin əlaqəsini göstərir. “Mən Pakistandanam. Mən Vaşinqtonun Moda Fəftəsi-ndə ilk dəfəyəm. Şou çox xoşuma gəldi. Əsasən də əhatəli olması. Müxtəlif ölçüdə paltarlar və hicabın olmasını da bəyəndim” deyə, şouya gələn Maliha Çima bildirir.

Bu, qeyri-hökumət təşkilatının müxtəlif məkanlarda keçirilən mərasimlərində yenicə başlayan və artıq özünü tutan dizaynerlərə imkanlar bəxs edilir. Kamil Keys çimərlik kostyumlarını nümayiş etdirir. “Mənim əslən Yamaykadanam. Vaşinqtonda keçirilən Moda Həftəsi-ndə iştirak etmək istəyənlər üçün əlverişli şərait yaradılır və sənətkarlara ölkənin paytaxtında keçirilən şouda iştirak etmək imkanı verilir.”

XS
SM
MD
LG