Accessibility links

Modi: COVID-19 Hindistanı "sarsıdıb"


COVID-19 Hindistanı "sarsıdıb"- deyə, Hindistan Baş naziri Narendra Modi aprelin 25-də aylıq radio müraciətində bildirib.

Bu ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, əvvəlki 24 saatlıq dövrdə 349 691 koronavirusa yeni yoluxma faktı qeydə alınıb.

İctimai infeksiyası mütəxəssisləri xəbərdarlıq edir ki, yeni infeksiya göstəriciləri olduğundan azdır.

ABŞ beynəlxalq Covid peyvəndlərinin bir hissəsini Hindistana və vaksinə ehtiyacı olan digər ölkələrə verilməsi üçün beynəlxalq ictimiayyətin təzyiqi altındadır.

Yüz minlərlə yeni gündəlik COVID xəstəliyinə əlavə olaraq, Hindistan da oksigen çatışmazlığı yaşayır və sözün əsl mənasında COVID xəstələri boğulur.

Bayden administrasiyasının pandemiya üzrə tibbi məsləhətçisi Dr. Entoni Fauçi ABŞ-ın texniki dəstək və yardımlarla Hindistana koronavirus artımının qarşısını almağa çalışdığını deyib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi bildirir ki, ümumilikdə Hindistanda təxminən 16 milyondan çox insan COVID-19-a yoluxub. Bu səbəbdən də Hindistan yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci yerdə gəlir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG