Accessibility links

Modi yeni vətəndaşlıq qanununu müdafiə edib


Hindistanın baş naziri Narendra Modi bazar günü yeni vətəndaşlıq qanununu müdafiə edib.

Konqres Partiyası təhcə Dehli deyil, ölkənin digər bölgələri də "qorxu psixozu"na salmağa çalışır

"Yalan və qorxu yayan insanlar, mənim işimə baxın. Əgər məni işimdə bir parçalanma görürsünüzsə, dünyaya çatdırın" - deyə, Modi nümayişçilərə müraciət edib.

O, müxalif Konqres Partiyasını təhcə Dehlidə deyil, ölkənin digər bölgələri də "qorxu psixozu"na salmağa çalışmaqda ittiham edib.

Şənbə günü nümayişçilərlə polis arasında toqquşma nəticəsində doqquz nəfər həlak olub. Bununla ölkə boyu yeni vətəndaşlıq qanununa etirazlar zamanı ölənlərin sayı 23-ə çatıb.

Hindistanın şimal Rampur, Sambhal, Müsəffərnagar, Bicnor və Kanpur şəhərlərindəki etirazlar zamanı ona yaxın maşın yandırılıb.

Qanuna etiraz olaraq keçirilən nümayişlər baş nazir Narendra Modi 2014-cü ildə hakimiyyətə gələndən bəri onun hindu millətçi hökümətinə qarşı ən böyük etirazdır.

Polis bildirib ki, cümə günündən bəri ştatda 600-dən çox insan “tədbiq məqsədilə” həbs olunub.

Etirazçılar yeni vətəndaşlıq qanununa etiraz edir. Bu qanun hazırda Hindistanda qeyri-qanuni yaşayan amma müsəlmalnların çoxluq təşkil etdiyi Banqaldeş, Pakistan və Əfqanıstanda dini zəmində təqiblə üzləşdiklərini sübut edə bilən hindular, xristianlar və digər dini azlıqlara şamil olunur.

Tənqidçilər deyir ki, bu qanun baş nazir Narendra Modinin millətçi hindu hökümərinin Hindistanın 200 milyon müsəlman əhalisini təcrid etmək səylərinin bir hissəsidir.

Modi isə bunun humanitar jest olduğunu söyləyir.

XS
SM
MD
LG