Accessibility links

Modi ilə Şi danışıqlarda əməkdaşlığın vacibliyini vurğulayıb


Çin və Hindistan liderləri şənbə günü danışıqlar zamanı yaxın münasibətin vacibliyini vurğulayıb və iqtisadi və təhlükəsizlik məsələlərindən əməkdaşlıq ehtimalını qeyd edib.

Şənbə günü Çinin mərkəzi Vuhan şəhərində keçirilən qeyri-rəsmi sammitdə Çin prezidenti Şi Tsinpinin Hindistanın baş nazirinin Narendra Modiyə Cin ilə Hindistan arasında güclü əlaqələrin “qlobal sülh və sabitlik üçün mühüm amildir” dediyi bildirilir.

Xinhua xəbər agentliyinin verdiyi məluata görə, Şi deyib ki, iki Asiya nəhəngi “daha yaxın strateji danışıqlara cəlb olunmalıdır.”

Modi isə atdığı tvitdə çay söhəbtinin səmərəli keçdiyini deyib və bildirib ki, “Hindistan və Çin arasında möhkəm dostluq həm bizim xalqlarımız həm də bütün dünya üçün faydalıdır.”

Modi həmçinin qeyd edib ki, danışıqlar zamanı həmçinin iqtisadi məsələlər, xalqlar arasında birbaça münasibətlər, kənd təsərüfatı, enerji və turizm də müzakirə olunub.

Bu görüş mübahisəli Çin-Hindistan sərhədində gərginliyin baş verdiyi və iki ölkə arasında kiçik qonşuları üzərində nüfuzla bağlı rəqabətin aparıldığı bir vaxt keçirilib.

Çin ilə Hindistanın əsrlərdir münasibətləri var, amma son onilliklərdə onlar Asiyada nüfuz üzərində rəqabət aparırlar.

İki ölkə 1962-ci ildə sərhəd uğrunda müharibə edib, ötən il isə qonşu Butanda 10 nəfət boyu davam edən qarşıdurma yaşayıb. Bundan əlavə Çinin Şri Lanka, Maldiv adaları və Hindistanın uzun illərdir rəqibi olan Pakistanla strateji və iqtisadi əlaqələr yaratmaq səyləri də Hindistanı narahat edib.

Çin isə öz növbəsində tibetli ruhani lider, Dalai Lamaya sığınacaq verdiyi və Pekinin onlara aid olduğunu iddia etdiyi əraziyə nazərt ediyi üçün Hindistandan nifrət edir.

Çin Hindistanın şimal-şərqində 90 min kvadrat kilometrlik torpağa dair ərazi iddiası var, Hindinstan isə qərbi Himalay dağlarında Aksayçin dağlıq ərazisində 38 min kvadrat kilometr torpağı işğal etdiyini iddai edir. Rəsmilər sərhəd iddialarını müzakirə etmək üçün ən azı 20 dəfə görüş keçirib, amma heç bir mühüm irəliləyiş əldə etməyib.

Ötən il baş verən son illərin ən uzun qarşıdurmalarından sonra Hindistan qoşunlarını Himalay dağlarındakı mübahisəli Doklan ərazisindən çıxarmağa razılaşıb. Çin qoşunları orada yol inşa etməyə başlayıb.

XS
SM
MD
LG