Accessibility links

“Möhtəşəm Getsbi” dövrünə səyahət [Video]


“Möhtəşəm Getsbi” dövrünə səyahət
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Bu, adi Vaşinqton pikniki deyil. Bu, hər il keçirilən Dardanella Çəmənlik Şənliyidir və burada vaşinqtonlular keçən əsrin 20-ci illərinə, caz dövrünə səyahət edirlər.

“Gözəl musiqi, canlı ünsiyyət, gecəyə qədər rəqs etmək, səhəri birlikdə qarşılamaq. Amerika əyləncəsinə xas hər şey.”

Burada çox qısa müddətlik fərqli bir insan ola bilərsən. Fərqli hərəkət edə bilər, fərqli danışıq tərzinə sahib ola bilərsən. Bu ilki şənliyin mövzusu Frensis Skot Fitsceraldın yaratdığı Möhtəşəm Getsbi əsəridir.

Kitab kasıb fermerin övladı və Birinci Dünya Müharibəsi veteranı Cey Getsbinin yüksək çevrədən olan və gözəl həyat tərzinə adət etmiş bir xanıma olan sevgisindən danışır. ABŞ-da spirtli içkilərin qadağan edildiyi dövrdə qeyri-qanuni içki satışı ilə varlanan Getsbi nəhəng malikanə alaraq, bütün şəhərə səs-küy salmış şənliklər keçirir və nəticədə sevdiyi insanın ürəyini fəth edir.

Bu yığıncağın iştirakçılarının fikrincə, Cey Getsbi indiki dövrdə də tez-tez görünən bur personajdır.

“Getsbi bir çox insanı enerjili və üsyankar olmağa həvəsləndirib. Əylənmək yaxşı bir şeydir. Hətta bu, hökümətin xoşuna gəlməsə belə.”

Frensis Skot Fitscerald “itirilmiş nəsil” adlandırılan və Birinci Dünya Müharibəsindən sonra gənclik dəyərləri ilə bağlı ümidlərini itirmiş müəlliflərdən biridir. Fitsceraldın qəhrəmanı müharibədən qayıdaraq, uğur axtarışında idi və keçirdiyi şənliklər ona müvəqəti də olsa bu hissi verirdi.

“Mən müharibə veteranıyam və bunu unutmaq istəyirəm. Qalan həyatım boyu əylənmək, zövq almaq istəyirəm.”

Təşkilatçılar bildirirlər ki, bu cür şənliklərin keçirilməsi tarixin istənilən mərhələsində lazımlıdır.

“Biz indi Vaşinqtondayıq və bu gün burada çoxlu fərqliliklər mövcdurdur. Bu cür şənliklərdə isə hər kəs bir-biri ilə dostdur. Demokrat, respublikaçı, Tramp və ya Hillari dəstəkçisi… biz fikir fərqliliklərimizi aradan qaldırırıq.”

Musiqi, rəqs, əyləncə. Getsbinin şənliklərini yaddaqalan edən bu idi. Frensis Skot Fitsceraldın bu əfsanəvi əsəri nə zaman yazması əhəmiyyət kəsb etmir. Çünki, bu mövzu hələ də aktualdır.

XS
SM
MD
LG