Accessibility links

Moldova Baş Naziri Ukrayna müharibəsinin ölkəsinə "sıçramaq" riskinin olmadığını deyir


Moldovanın baş naziri Nataliya Qavrilita May 5.
Moldovanın baş naziri Nataliya Qavrilita May 5.

Moldovanın baş naziri Natalia Qavrilita Moskvanın hərbi məqsədlərinin genişlənməsi ilə bağlı narahatlıqların artmasına baxmayaraq Rusiyanın Ukraynadakı müharibəsinin ölkəsinə sıçrama riskinin olmadığını deyir.

Mayın 5-də Azadlıq Radiosunun Moldova xidmətinə verdiyi müsahibədə Qavrilita deyib ki, "Bizim təhlilimiz göstərir ki, müharibənin Moldovaya genişlənməsinə dair qaçılmaz risklər yoxdur."

Moldava ilə bağlı narahatlıqlar keçən ay bir rus generalının Moskvanın əsassız müharibəsinin məqsədinin Ukraynanın cənubundan Moldova daxilində Kremlin dəstəklədiyi separatçıların əlində olan Dnestryanı ərazisinə quru dəhlizi yaratmaq olduğunu deməsindən sonra artıb.

Strateji baxımdan Moldova ilə Ukrayna arasında yerləşən Dnestryanı 1990-cı ildə müstəqilliyini elan edib. Hər iki tərəf 1992-ci ildə qısamüddətli müharibə aparıb və münaqişə separatçılara dəstək verən rus qoşunları tərəfindən yatırılıb. Rusiyanın hazırda Dnestryanıda Sovet dövründən qalma nəhəng silah anbarını qoruduğunu iddia etdiyi 1500 əsgəri və üstəlik 400-lə 500 nəfər arasında sülhməramlı adı altında əlavə hərbi qüvvəsi var.

Qavrilita deyib ki, Avropanın ən kasıb ölkəsi olan Moldova Rusiyanın dəstəklədiyi separatçıların hücumuna məruz qalacağı təqdirdə Qərbin dəstəyi olmadan “uzun müddət müqavimət göstərə bilməyəcək”.

Nazirin müsahibəsi Avropa İttifaqının Moldovaya dəstəyini “əhəmiyyətli dərəcədə artıracağını” elan etməsindən bir gün sonraya təsadüf edib. O bu dəstəyə ölümcül silahların daxil olmadığını bildirib.

Qavrilita deyib ki, Moldova "heç vaxt NATO-ya üzv olmaq istəməyən və bunun üçün heç bir səy göstərməyən" neytral ölkə olduğu üçün Rusiyanın hücum həyata keçirəcəyini düşünmür.

Rusiya prezidenti Vladimir Putin Ukraynaya hərbi müdaxilə etmək qərarını Ukraynanın Qərbin başçılıq etdiyi hərbi alyansa qoşulmağa çalışması ilə əsaslandırıb və bunun ekzistensial təhlükə olduğunu iddia edib.

Qavrilita həmçinin bildirib ki, Rusiyanın onun ölkəsinə hücumu əks nəticə verəcək. Çünki bir çox moldovalı Aİ və NATO üzvü olan Rumıniya ilə ikili vətəndaşlığa sahibdir.

Onun sözlərinə görə, Moldovanın işğalı onun Avropada ictimai rəyini gücləndirəcək və “digər dövlətlərin Rusiyaya qarşı daha geniş müdaxiləsinə” gətirib çıxaracaq.

XS
SM
MD
LG