Accessibility links

Moldovada mübahisəli seçki qanununa etiraz olaraq aksiya keçirilib


Moldovanın paytaxtı Kişinyovda mübahisəli seçki qanununa etiraz olaraq aksiya keçirilib.

Sentyabrın 17-də keçirilən nümayişdə Moldova və Avropa Birliyinin bayraqları qaldırılıb.

Bir sıra aksiyaçı prezident İqor Dodonu Rusiyanın dostu olmaqda və “ölkəni Moskvaya satmaqda” ittiham ediblər.

Nümayişi müxalifətdə olan “Ləyaqət və düzgünlük platforması” və “Hərəkət və həmrəylik” partiyaları təşkil ediblər.

Prezident Dodon ölkədəki kütləvi etirazlar və Avropa Birliyi ilə ABŞ-ın tənqidlərinə baxmayaraq, iyulda qarışıq seçki sistemi nəzərdə tutan qanun imzalayıb.

Yeni qanunda deputatların yarısının partiya siyahısından, qalan yarısının isə ayrı-ayrı seçki dairələrindən seçilməsi nəzərdə tutulur.

Tənqidçilər hesab edir ki, yeni system ölkədəki iki böyük partiya-qərbpərəst “Demokrat” və rusiyapərəst “Sosialist” partiyalarının xeyrinə işləyir.

Amma yeni qanunun tərəfdarları hesab edir ki, bu siyasətçiləri daha məsuliyyətli olmağa məcbur edəcək.

2015-ci ildə, ölkə banklarından 1 milyard dolların yoxa çıxması və bunun ardınca başlanan iqtisadi böhrandan sonra Moldovada bir neçə hakimiyyət dəyişikliyi olub.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG