Moldovada ümumxalq səs verməsi ilə gələcək prezidentin seçilməsinə dair referendum baş tutmayandan sonra siyasi gərginliyin davam edəcəyi gözlənilir. Bazar günü 30 faizdən az seçicinin iştirak etdiyi referendum belə görünür etibarsız hesab ediləcək. Qanuna əsasən səsvermənin ehtibarlı hesab edilməsi üçün Moldovada qeydiyyatdan keçən 2.6 milyon seçicinin üçdə-biri səsvermədə iştirak etməli idi. Rəy sorğuları göstərir ki, seçicilər hazırkı sistemin prezidentin parlament tərəfindən seçilməsinə dəyişiklik edilməsini dəstəkləyib. Hakimiyyətdə olan liberal koalisiya yeni seçki sisteminin yoxsullaşmış şərqi Avropa ölkəsini siyasi gərginlikdən çıxaracağına ümid edirdi. Siyasi gərginliyə görə ölkədə bir ildir daimi prezident seçilməyib. Müxalif Kommunist partiyası səsverməni boykot edib.
Rəy sorğuları göstərir ki, seçicilər hazırkı sistemin prezidentin parlament tərəfindən seçilməsinə dəyişiklik edilməsini dəstəkləyib