Accessibility links

“Məhkəmə prosesləri təqsirləndirilən şəxslərin hüquqlarının pozulması ilə keçirilir”, - hüquq müdafiə təşkilatı


Məhkəmə
Məhkəmə

Azərbaycanda vətəndaş fəalları və dini fəalların, jurnalist və blogerlərin işləri üzrə məhkəmə prosesləri təqsirləndirilən şəxslərin hüquqlarının və prosessual normaların kobud şəkildə pozulması ilə keçirilir. Bu barədə Siyasi Məhbusların Monitorinqi Mərkəzinin 2017-ci ilin birinci rübündə keçirilmiş məhkəmə proseslərinin monitorinqlərinin yekunlarına aid məlumatında deyilir.

Hüquq müdafiə təşkilatı üç prosesin - Nardaran hadisələri üzrə, jurnalist Fikrət Fərəməzoğlunun və bloger Mehman Hüseynovun işi üzrə proseslərin monitorinqinə əsasən yuxarıda qeyd edilən nəticələrə gəlib.

Bundan başqa, Siyasi Məhbusların Monitorinqi Mərkəzi ilahiyyatçı Sərdar Babayevin, AXCP fəalı Fuad Əhmədlinin, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun, həbs olunmuş Cəbrayıl rayonu köçkünlərinin işlərini müşahidə edib.

“Bu şəxslər hələ məhkəmə qarşısına çıxarılmayıb. Hələlik onların işləri üzrə məhkəmə təhqiqatları qapalı rejimdə məhkəmə nəzarəti qaydasında keçirilib. Amma vəkillərdən daxil olan məlumatlar təqsirləndirilən şəxslərin elementar hüquqlarının pozulduğunu göstərir”, deyə Mərkəzin rəhbəri Elşən Həsənov Turan-ın müxbirinə bildirib.

Onun sözlərinə görə, məhkəmələr, bir qayda olaraq, siyasi məhbusların vəkillərinin bütün vəsatətlərini rədd edir, bununla da Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) maddəsini pozur.

Bundan başqa, hakimlər işgəncələr və keyfiyyətli tibbi yardımın təmin edilməməsi ilə bağlı şikayətlərə məhəl qoymur, bu da Konvensiyanın 3-cü (işgəncələrin qadağan edilməsi) maddəsinin pozulması deməkdir.

Bununla yanaşı, hakimlər təqsirəndirilən şəxslərin Avropa Konvensiyasının 9-cu (fikir, vicdan və din azadlığı) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində nəzərdə tutulmuş hüquqlarının açıq-aşkar pozulması faktlarını diqqətdən kənarda qoyur.

“Son nəticədə Konvensiyanın 7-ci (müstəsna olaraq qanun əsasında cəzalandırma) hüququ pozulur.

Ümumiyyətlə, bütün məhkəmə prosesləri bir şablon ssenari üzrə keçirilir ki, bu da məhkəmə təhqiqatlarının “idarə olunan” və sifarişli xarakterini göstərir.

Bu işlər üzrə bütün təqsirləndirilən şəxslər yerli və beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıblar”, deyə Həsənov bildirib.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG