ABŞ-ın Montana ştatında güclü külək və ağır qar elektrikin kəsilməsinə və yolların bağlanmasına səbəb olub.
Milli Hava Xidmətinin bildirdiyinə görə, qarın qalınlığı 41 sm-dir. Bildirilib ki, bazar gecəsi yağacaq əlavə qar qarın hündürlüyünü 1.2 metrə çatdıracaq. Gecə həm də çovğun gözlənilir.
Bəzi bölgələrdə yalnız təcili səyahətlərə icazə verilib.
Çovğundan sonra temperaturun kəskin şəkildə düşəcəyi, Vaşinqton ştatı və Aydahonun şimalında güclü tufan və qar gözlənilir.
Ştatlarda evsizlər üçün sığınacaqlar açılıb. Temperaturun aşağı olmasına görə alkaqol və narkotiklərdən istifadə yasağı qüvvədə olmayacaq.