Accessibility links

Vaxtı ilə Balkanlarda Rusiyayönlü əhval-ruhiyyələrin dayağı olan Monteneqro bu gün NATO üzvlüyünə qəbul edilməsi kimi tarixi bir günü qeyd edir. Bu addım Kreml tərəfindən qəzəblə qarşılanıb.

Rusiyanın narazılığı və 620 min əhalisi olan ölkədə kəskin fikir ayrılıqlarına baxmayaraq, Monteneqro Qərbin hərbi alyansının 29-cu üzvü oldu. NATO üzvlüyünə qəbul edilməsi mərasimi bu gün Vaşinqtonda keçirilib.

Buna nail olmaq üçün Monteneqro keçmiş müttəfiqi olan və bu slavyan ölkəsində tarixən siyasi nüfuzunu və mədəni təsirini saxlamağa çalışan Rusiyaya çağırış etməli olub.

Monteneqronun NATO-ya qəbul olunması Rusiyanın cənub-şərqi Avropada nüfuzunun daha da zəifləməsinə gətirib çıxararaq, Moskvanın qitədə Yaxın Şərqdə hərbi müdaxilələr üçün platforma kimi istifadə edə biləcəyi"mülayim dənizlər"ə çıxışının qarşısını alır.

ABŞ Dövlət Departamentinin açıqladığı bəyanatda bildirilir ki, Monteneqronun NATO-ya üzvlüyə qəbul olunması "ölkənin bütün qonşuları arasında daha geniş inteqrasiya, demokratik islahatlar, ticarət, təhlükəsizlik və sabitliyin inkişafına" xidmət edəcək.

Rusiya Monteneqroda xeyi dərəcədə Rusiyadan gələn turistlərdən asılı olan turizm biznesinin zəiflədilməsi də daxil olmaqla iqtisadi və siyasi ölçülərlə cavab veriləcəyi ilə hədələyib. Hər il Monteneqroya Rusiyadan təxminən 200 min turistin gəldiyi təxmin edilir. 80 min Rusiya vətəndaşının Monteneqroda daşınmaz əmlak aldığı bildirilir.

Rusiya Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarov bu yaxınlarda Rusiya turistlərinə Monteneqroda "Rusiya əleyhinə əhval-ruhiyyə" ilə bağlı xəbərdarlıq edib.

Monteneqro rəsmiləri Moskvanın oktyabr ayında ölkənin NATO-ya üzvlüyü kampaniyasının əsas tərəfdarı olan baş nazir Milo Cukanoviçə qarşı yönəlmiş olduğu deyilən dövlət çevrilişinə cəhddə əli olduğunu bildirir. Rusiya müdaxilə ilə bağlı iddiaları rədd edir.

XS
SM
MD
LG