Accessibility links

Monteneqro NATO-ya qoşulan 29-cu ölkə oldu


Rusiyanın əks-tədbirlər görəcəyi ilə bağlı təhdidlərinə baxmayaraq, Balkan ölkəsi olan Monteneqro NATO-ya qoşularaq, alyansa üzv olan 29-cu dövlət oldu. Bu, vaxtılə Yuqoslaviyanın bir hissəsi olmuş ölkənin müstəqillik əldə etməsindən 11 il sonra baş verib. ABŞ dövlət katibinin köməkçisi Tomas Şennon Dövlət Departamentində keçirilən rəsmi üzvolma mərasiminə başçılıq edirdi.

Rusiyanın Xarici İşlər Nazirliyi Monteneqronun “düşmənçilik istiqaməti” tutduğuna görə qınayıb və Moskvanın cavab addımları atmaq hüququnun özündə saxladığını bildirib. Daha öncə Monteneqro Kremlin qoşulma prosesinin qarşısının almaqda və zamankı baş nazir Milo Dukanoviçə qarşı sui-qəsdin hazırlanmasın planlarının arxasında durduğunu ittiham edib. Rusiya isə öz növbəsində bu prosesdə hər hansı iştirakını inkar edib.

Təhlilçilər bildirirlər ki, Moskva NATO-nun Avropada genişlənməsinə qarşıdır. Monteneqronun alyansa qoşulması Rusiya üçün Balkan ölkəsindəki iki dəniz limanına çıxışın itməsi deməkdir.

XS
SM
MD
LG