Accessibility links

Moqadişuda prezident sarayı yaxınlığına silahlı hücum olub


Mogadishu, Somalia

Moqadişuda prezident sarayı yaxınlığında şənbə günü keçirilən silahlı hücum zamanı ən azı altı nəfər həlak olub. Şahidlərin dediyinə görə, onlardan beşi hücum iştirakçılarıdır.

Ərazidə olan insanların verdiyi məlumata görə, sürətlə hərəkət edən avtomobil Sülh Bağı adlanan ictimai parkın təhlükəsizlik məntəqəsi yanında partlayandan sonra, silahlılar və təhlükəsiz xidməti arasında atışma baş verib.

Xəbərlərə əsasən təhlükəsizlik xidməti hücum edənləri dəf etməyə müvəffəq olub.

İlkin məlumatlar altı nəfər öldüyünü bildirir. Onların arasında bir hökümət əsgəri və atışma zamanı öldürülən beş hücum iştirakçısı var.

Digər xəbərlər hücum zamanı xəsarət alan insanların olduğunu bildirir. Şahidlərin biri Amerikanın Səsinə deyib ki, təcili yardım xidməti yaralananları hücum ərazisindən uzaqlaşdırıb.

Əl-Şabab qrupu hücuma görə məsuliyyəti üzərinə götürüb.

XS
SM
MD
LG